Service
Fotoqraf və Videoqraf
Dəniz üzərindəki ən özəl anlarınızı peşəkar kadrlarla əbədiləşdirin. Yüksək keyfiyyətli çəkilişlərlə xatirələriniz illər boyu canlı qalacaq.
Nə daxildir
- Peşəkar fotoçəkiliş
- Video klibin hazırlanması
- Fotoların rəng korreksiyası və retuşu
- Çəkilmiş materialların sürətli təhvili
Xidmət haqqında
Xüsusi günlərinizi sadəcə yaddaşlarda deyil, həm də vizual olaraq qeyd etmək üçün BakuYachts sizə peşəkar media komandası təklif edir. İstər romantik bir axşam, istərsə də səs-küylü bir party olsun, hər bir detal incəliklə lentə alınır.
Tez-tez soruşulan suallar
Çəkilişdən sonra fotoları və videoları nə vaxt təhvil alacağıq? +
Materialların təhvil verilmə müddəti çəkilişin həcmindən və seçdiyiniz paketin mürəkkəbliyindən asılı olaraq dəyişə bilər. Biz hər zaman materialları ən qısa sürede və ən yüksək keyfiyyətdə təqdim etməyə çalışırıq.
Çəkilişlər hansı texniki avadanlıqlarla həyata keçirilir? +
Biz dəniz şəraitində belə ən yüksək keyfiyyəti təmin etmək üçün müasir və peşəkar güzgüsüz kameralardan, stabilizatorlardan və yüksək işıq həssaslığına malik linzalardan istifadə edirik. Bu, həm parlaq günəş altında, həm də axşam saatlarında qüsursuz kadrlar almağımıza imkan verir.
Foto və video çəkiliş müddəti paketə görə dəyişirmi? +
Bəli, çəkiliş müddəti seçdiyiniz tur paketindən və sizin istəyinizdən asılı olaraq dəyişə bilər.
Çəkilən bütün fotolar redaktə olunur? +
Bəli, çəkilən bütün uğurlu kadrlar rəng korreksiyası olunur. Bundan əlavə, seçilmiş ən yaxşı fotolar üzərində peşəkar retuş işləri aparılır ki, xatirələriniz jurnal keyfiyyətində görünsün.
Çəkiliş üçün yaxtada xüsusi yerlər və ya geyimlər təklif edirsiniz? +
Peşəkar komandamız yaxtanın ən estetik künclərini yaxşı tanıyır və çəkiliş boyu sizə ən düzgün pozlar barədə istiqamət verir. Geyim seçimi sizə aiddir, lakin dəniz konseptinə və yaxtanın interyerinə uyğun geyim tövsiyələrimizi sizinlə öncədən paylaşa bilərik.